Xəbər verdiyimiz kimi, dünyaca məşhur ulduzların iştirakı ilə İtalyada 79-cu Venesiya Fim Festivalı davam edir.
Bizim.Media xəbər verir ki, festival çərçivəsində təqdim olunan ekran əsərləri arasında “Banu” filmi də yer alıb.
Bu haqda isə filmin rejissoru, eyni zamanda baş rolda çəkilən Təhminə Rafaella sosial şəbəkə hesabında məlumat yayıb.
O, premyera zamanı çəkilən fotolarını izləyiciləri ilə bölüşüb.
Azərbaycan, İran, İtaliya və Fransanın birgə istehsalı olan bədii filmdə Əməkdar artist Mələk Abbaszadə, Kəbirə Həşimli, Zaur Şəfiyev, Emin Əskərov və Cəfər Həsən rol alıb. Ekran işinin prodüsserliyi isə “Noori Pictures”ə həvalə edilib.
Ekran əsərindəki hadisələr 44 günlük Vətən müharibəsi fonunda cərəyan edir.
Rəşad Əliyev, Bizim.Media