O,

O, "Qarabağ"la oyuna qədər istefaya göndərilə bilər

Hazırda oxunan: O, "Qarabağ"la oyuna qədər istefaya göndərilə bilər

92781

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Nant" baş məşqçisi Antuan Kombuare ilə yollarını ayıra bilər.

Bizim.Media xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Klub rəhbərliyi 58 yaşlı mütəxəssisin işindən narazı olduğu üçün Kombuare göndərilə bilər.

Əgər "Nant" bu gün Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda "Olimpiakos"a qalib gəlməsə, Kombuare ilə yolların ayrılacağı gözlənilir.

Həmçinin "Nant"ın Liqa 1-də də işləri yaxşı getmir. Komanda hazırda 6 xalla 13-cüdür. "Nant" ilk 6 turda cəmi 1 qələbə qazanıb. Ağdam təmsilçisinin rəqibi son turda PSJ-yə böyük hesabla uduzub - 0:3.
Qeyd edək ki, "Nant"la "Qarabağ" arasında ilk oyun sentyabrın 15-də Bakıda, 2-ci görüş isə oktyabrın 27-də Fransada keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO