Dörd ölkə rusların girişinə qadağa qoydu - VİDEO 

Dörd ölkə rusların girişinə qadağa qoydu - VİDEO 

Hazırda oxunan: Dörd ölkə rusların girişinə qadağa qoydu - VİDEO 

92764

Avropa İttifaqının (Aİ) dörd üzvü -  Estoniya, Litva, Latviya və Polşa sentyabrın 19-dan etibarən Rusiya vətəndaşlarının ölkəyə girişini bağlayacaq. 

Bizim.Media “Unian”a istinadən xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Urmas Reinsalu deyib. 

Onun sözlərinə görə, digər Aİ dövlətlərinin də verdiyi Şengen vizası ilə ruslar bu ölkələrə buraxılmayacaq: 

"Estoniyanın siyasi iradəsi var və onu hüquqi sahədə həyata keçirir. Sentyabrın 19-na keçən gecə Rusiya vətəndaşlarının Estoniyaya girişinə qadağa qüvvəyə minəcək. Bu, Rusiya Federasiyasının xarici sərhədlərindən kənardan daxil olan ruslara aiddir. AB və Şengen vizaları var, hansı ölkələrin verdiyindən asılı olmayaraq”.  

O əlavə edib ki, eyni qadağa daha üç dövlət - Litva, Latviya və Polşa tərəfindən tətbiq ediləcək. 

“Estoniyaya gəlməyin, burada xoş qarşılanmırsınız”, - deyə Reinsalu bildirib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO