ABŞ-dan Rusiyaya MESAJ – Ağ Ev xüsusi nümayəndəsini Cənubi Qafqaza nə üçün göndərib?

ABŞ-dan Rusiyaya MESAJ – Ağ Ev xüsusi nümayəndəsini Cənubi Qafqaza nə üçün göndərib?

Hazırda oxunan: ABŞ-dan Rusiyaya MESAJ – Ağ Ev xüsusi nümayəndəsini Cənubi Qafqaza nə üçün göndərib?

92728

Xəbər verdiyimiz kimi, ABŞ Dövlət Departamentinin yeni təyin etdiyi Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Filip Rikerin regiona səfəri başlayıb. Belə ki, hələ bu təyinat baş tutarkən Ağ Evin Minsk qrupunu diriltmək cəhdləri kimi qiymətləndirilmiş və ciddi tənqid olunmuşdu.

Bəs, Rikerin təyinatından qısa müddət sonra regiona göndərilməsinə səbəb nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Amid Əliyevin sözlərinə görə, ABŞ tərəfindən keçmiş ATƏT-in Minsk qrupunun həmsədrinin Qafqaz üzrə xüsusi nümayəndə təyin olunması bir neçə məqam baxımından maraqlıdır: 
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ-ın Qafqaz üzrə xüsusi nümayəndəsinin regiona səfəri başladı


“Birincisi, Filip Riker keçmiş Minsk Qrupu çərçivəsində bölgəyə səfərləri olub və bölgəni yaxşı tanıyır. Məhz bu səbəbdən də onun xüsusi nümayəndə təyin olunmasında bu fakt nəzərə alınıb. 

İkincisi, bildiyimiz kimi, II Qarabağ mühribəsində Rusiya bölgədə sülhün bərqərar olmasını digər həmsədrlərin iştirakı olmadan təmin etdi. Bu da öz növbəsində ABŞ və Fransa tərəfindən böyük narazılıq və qısqanclıqla qarşılandı. Bu günə qədər də bu tendensiya davam edir. 

Üçüncüsü, ABŞ Ukrayna böhranından sonra keçmiş postsovet məkanında Rusiya nüfuzunun zəifləməsi istiqamətində mühüm və ciddi addımlar atmağa başlayıb”.

Politoloqun fikrincə, ABŞ-ın rəsmi şəxslərinin bölgəyə səfəri, Azərbaycanla münasibətlərin normallaşması istiqamətində vasitəçilik missiyası və mütəmadi telefon zəngləri onu göstərir ki, ABŞ dövlət departamenti Qafqaz üzrə yeni xarici siyasət kursu müəyyən edilib:

“ABŞ bölgədə Rusiyanın nüfuzunun olmasını və sülhməramlıların xidmət aparması faktını qəbul edə bilmir. Ukrayna aparılan hərbi kampaniyada ABŞ-ın əsas dövlət olmasını nəzərə alsaq, o zaman deyə bilərik ki, ABŞ Qafqazda da öz maraqlarına uyğun siyasi dividendlərin əldə olunmasında olduqca maraqlıdır.

O ki, qaldı Filip Rikerin keçmiş Minsk qrupu həmsədrin xüsusi nümayəndə təyin olunmasına, burada Minsk qrupunun yenidən gündəmə gətirilməsi fikirləri nə qədər güclü olsa da reallığa cavab verə bilməyəcək. Ən azından ona görə ki, keçmiş həmsədrlərdən ikisinin Rusiya ilə sərt və soyuq münasibətləri mövcuddur. Ukrayna böhranının davam etməsi şəraitində hansısa məsələ üzrə konsensusun əldə edilməsi isə mümkün olmayacaq”.

Amid Əliyev qeyd edib ki, Filip Rikerin bölgəyə səfəri daha çox Ermənistana ABŞ dəstəyinin göstərilməsi və Rusiyaya mühüm mesajın verilməsi missiyasını daşıyır:

“Çünki, ABŞ da Azərbaycanın Misk qrupu ilə bağlı rəsmi mövqeyini çox gözəl bilir. Belə olan şəraitdə ABŞ yenidən Minsk qrupunu siyasi arenaya gətirmək üçün bihudə siyasi manevrlər və addımlar atmayacaq. Lakin, yaddan çıxarmaq olmaz ki, ABŞ-da olduqca güclü erməni lobbisi var. Görünən odur ki, ABŞ Rusiya və Aİ tərəfindən həyata keçirilən vasitəçilik missiyasına paralel təkbaşına olaraq proseslərə müdaxilə etmək və öz maraqlarına uyğun olaraq siyasi manevrlər etmək fikrindədir”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO