"Frayburq"un baş məşqçisi: "Qarabağ" Çempionlar Liqasında oynamalı idi"

Hazırda oxunan: "Frayburq"un baş məşqçisi: "Qarabağ" Çempionlar Liqasında oynamalı idi"

92724

"Qarabağ" Çempionlar Liqasında oynamalı idi".

Bizim.Media xəbər verir ki, bunu UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan Almaniyanın "Frayburq" komandasının baş məşqçisi Kristian Ştrayx deyib.

57 yaşlı məşqçi "Qarabağ"ın Çexiyanın "Viktoriya" komandası ilə Plzen şəhərində keçirilmiş UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki cavab oyunundan danışıb:

"Mən "Qarabağ"ın "Viktoriya" ilə oyunlarına baxmışam. "Viktoriya" iki dəfə çərçivəyə zərbə vurdu və layiq olmadığı şəkildə 2:1 hesabı ilə qalib gəldi. Bu, cavab oyunu idi. Əks halda, "Qarabağ" Çempionlar Liqasında oynamalı idi".
Qeyd edək ki, bu gün "Europa-Park" stadionunda təşkil olunacaq "Frayburq" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO