“Qarabağ”ın oyunu ölkəmizin ən böyük ekranında canlı yayımlanacaq - FOTO

“Qarabağ”ın oyunu ölkəmizin ən böyük ekranında canlı yayımlanacaq - FOTO

Hazırda oxunan: “Qarabağ”ın oyunu ölkəmizin ən böyük ekranında canlı yayımlanacaq - FOTO

92721

Azərbaycan çempionu – “Qarabağ” – bu gün UEFA Avropa Liqasının qrup mərhələsində oyunlara başlayır. Tarixində ikinci dəfə Çempionlar Liqasının qrup mərhələsinə keçməyə bir az qalan Qurban Qurbanovun komandası səfərdə Almaniyanın “Frayburq” komandası ilə qarşılaşacaq.

Bizim.Media xəbər verir ki, "Qarabağ" bu mövsüm avrokubok kampaniyası çərçivəsində çox sayda parlaq qələbələr qazandı.

Ağdamlılar Polşa, İsveçrə və Macarıstan çempionlarını məğlub etdilər və Çexiya "Viktoriya"sı ilə də eyni uğura imza atmağın bir addımlığında idilər.

Buna baxmayaraq, “Qarabağ”ın oyunlarına maraq yüksək səviyyədədir. Məhz buna görə Avropa Liqasının qrup mərhələsinin ilk turu, “Frayburq”la oyunu ölkənin ən böyük ekranında – Park Cinema Flame Tower kinoteatrının IMAX zalında canlı izləmək imkanı yaradılıb.
Yeri gəlmişkən, “Park Cinema” üçün bu, Ağdam komandasının oyunlarının nümayişi ilə bağlı ilk təcrübə deyil.

Daha əvvəl “Qarabağ”ın “Viktoriya”ya qarşı oyunları da IMAX zalında nümayiş etdirilib, hətta kinoteatırda kiçik fan-zona da hazırlanıb.

Xatırladaq ki, qarşılaşma bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Biletləri kinoteatrın kassalarından və ya www.parkcinema.az saytından əldə edə bilərsiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO