Şuşada

Şuşada "ASAN xidmət" mərkəzi tikilir - RƏSMİ

Hazırda oxunan: Şuşada "ASAN xidmət" mərkəzi tikilir - RƏSMİ

92717

Şuşada ASAN xidmət mərkəzinin tikintisi üçün zəruri işlər görülür.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Xidməti və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib.

Xidmət sədri tikinti işlərinin gələn il yekunlaşa biləcəyini vurğulayıb:

"Tikinti prosesi, yəqin ki, gələn il üçün yekunlaşar və elə gələn il də xidməti fəaliyyətə də başlayar. İşğaldan azad olunmuş digər ərazilərdə isə, bildiyimiz kimi, infrastruktur tədbirləri həyata keçirilir. Bu proseslər yekunlaşdıqdan sonra orada da ASAN xidmət mərkəzlərinin tikintisi həyata keçirilə bilər".

Ülvi Mehdiyev ASAN xidmət nümayəndələrinin Türkiyədəki səyyar fəaliyyəti məsələsinə də toxunub:

"Türkiyədəki Texnofest çərcivəsində Samsun şəhərinə səyyar xidmət göndərdik. Kifayət qədər uğurlu alındı. Çünki sənədlərinin dəyişdirilməsi lazım olan çox vətəndaşımız var idi. Əldə etdiyimiz təcrübə əsasında bu prosesi gələcəkdə də davam etdirmək niyyətindəyik", - sədr deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO