Paytaxtda 8500 manatlıq velosiped oğurlandı

Paytaxtda 8500 manatlıq velosiped oğurlandı

Hazırda oxunan: Paytaxtda 8500 manatlıq velosiped oğurlandı

92707

Paytaxtın Xətai rayonunda 8500 manatlıq velosiped oğurlayan şəxs saxlanılıb.

Bu barədə Bizim.Media-ya DİN mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə rayonun S.Vəzirov küçəsindəki evlərdən birinin girişindən 8500 manat dəyərində velosipedin oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Etiqad Əşrəfov müəyyən olunaraq saxlanılıb.  
Həmçinin bildirillib ki, araşdırmalarla onun müxtəlif vaxtlarda paytaxtın Səbail rayonu ərazisində bir velosiped dayanacağından və 2 evin girişlərindən  dəyəri 2 min manatdan artıq olan daha 3 velosipedi  oğurlaması da müəyyən olunub. 

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO