Ağ Ev:

Ağ Ev: "Moskva Rusiyada ukraynalılar üçün əsir düşərgələri yaradıb"

Hazırda oxunan: Ağ Ev: "Moskva Rusiyada ukraynalılar üçün əsir düşərgələri yaradıb"

92667

BMT Təhlükəsizlik Şurası Rusiyanın assimilyasiya kampaniyaları ilə bağlı iclas keçirib.

Bizim.Media Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karin Jan-Pyer mətbuat konfransında danışıb.

“Bizim məlumatımız var ki, Rusiyanın öz ərazisinin şərq və qərbində əsir düşərgələri var, minlərlə ukraynalı həbs edilərək bura gətirilir, sorğu-suala tutulur və ələ salınır”, – deyə o, qeyd edib.

Jan-Pyerin sözlərinə görə, bu düşərgələr haqda məlumat əvvəllər də ABŞ mediasında yer almışdı.

“Bizim BMT-dəki daimi nümayəndəmiz Linda Tomas-Qrinfild BMT Təhlükəsizlik Şurasına Rusiya hökumətinin bu assimilyasiya əməliyyatları barədə hesabat təqdim edəcək. Rusiya rəsmiləri düşərgədə saxlanılan həmin ukraynalıların adlarını toplayır”, - deyə o vurğulayıb.

Jan-Pyer deyib ki, Kremlin bu hərəkətləri Ukraynanı ilhaq etmək üçün atılan addımların bir hissəsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO