Bakıda dələduzluq etməkdə ittiham olunan Türkiyə vətəndaşı Mustafa Kamal İbilinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Bizim.Media-nın xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Əhməd Quliyevin icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
Ittihama görə, Bakı şəhər sakini Cavanşir Məmmədov Türkiyə vətəndaşı Mustafa Kamal İbili tərəfindən aldadılıb.
Belə ki, Kamal İbili Cavanşir Məmmədovun etibarından istifadə edərək ondan 13 min manat və 126 min 500 dollar alıb.
Bundan başqa, Kamal İbili Rüfət Əhmədov və Rəfiqə Qafarovaya qarşı da dələduzluq edib.
İstintaq orqanı tərəfindən Kamal İbilinin barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:23 / 08.09.2022
Bakıda Türkiyə vətəndaşının məhkəməsi başlayır
Hazırda oxunan: Bakıda Türkiyə vətəndaşının məhkəməsi başlayır
Hazırda oxunan: Bakıda Türkiyə vətəndaşının məhkəməsi başlayır
92658
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.