Avtomobillər bu qaydalara görə təkrar cərimə edilməyəcək

Avtomobillər bu qaydalara görə təkrar cərimə edilməyəcək

Hazırda oxunan: Avtomobillər bu qaydalara görə təkrar cərimə edilməyəcək

9265

Dayanma və durma qaydalarının pozulmasına görə cərimənin tətbiq edilməsi qaydası dəyişir.

Bizim.Media-nın  məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, şəxs dayanma və ya durma qaydalarının pozulmasına  görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz.

Qeyd edək ki, dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir.

Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə edilir.

Ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırmağa görə yüz manat məbləğində cərimə edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO