Ancelinadan Bredə qarşı 250 milyon dollarlıq İDDİA

Ancelinadan Bredə qarşı 250 milyon dollarlıq İDDİA

Hazırda oxunan: Ancelinadan Bredə qarşı 250 milyon dollarlıq İDDİA

92575

Bu yaxınlarda kino ulduzlarının ümumi şərab biznesi ilə bağlı işin Bred Pittin xeyrinə həll olunmamasına baxmayaraq, Ancelina geri çəkilmək niyyətində deyil.  

Bizim.Media “Page Six” nəşrinə istinadən xəbər verir ki, aktrisa indi keçmiş ərini qisas məqsədilə Fransanın “Chateau Miraval” şərab zavoduna “nəzarəti ələ keçirməkdə”, şirkətin aktivlərini mənimsəməkdə və aktivləri şəxsi hesablara gizli şəkildə köçürmək üçün məkrli plan hazırlamaqda ittiham edir. 

Pitt məhkəməni uduzsa, Coliyə 250 milyon dollar ödəməli olacaq. 

Boşanma və qəyyumluq məsələlərinə cavab olaraq, Pitt “Chateau Miraval”a nəzarəti ələ keçirmək və şirkətin aktivlərini özü və öz şirkətləri və dostlarının xeyrinə mənimsəmək üçün Coli Pitə qarşı çoxşaxəli və çoxillik bir kampaniya başladıb.  

Həmçinin məhkəmə sənədlərində Coli iddia edir ki, keçmiş əri aktrisanın şərab biznesindəki “böyük maliyyə payından” şantaj məqsədilə istifadə edir. Kino ulduzunun sözlərinə görə, Pitt onu hansısa gizlilik müqaviləsi imzalamağa və evliliklərinin bəzi xoşagəlməz detallarını gizlətməyə məcbur etmək istəyir.  
Bundan əlavə, aktrisa qeyd edir ki, 2008-ci ildə şərab zavodunu aldıqdan sonra cütlük təmirə on milyonlarla vəsait qoyub, lakin Pitt biznesi təkbaşına idarə edib və keçmiş arvadının bu işə qarışmasına imkan verməyib.

Qeyd edək ki, Ancelina Coli və Bred Pitt 2004-cü ildə “Cənab və xanım Smit” filminin çəkiliş meydançasında tanış olublar və aktyorun hazırkı sevgilisi Cennifer Enistonun mətbuatdan öyrəndiyi münasibət məhz o vaxt başlayıb.  

Pitt və Coli yalnız 2014-cü ildə evləniblər və iki il sonra, 2016-cı ildə boşansalar da, onların boşanma prosesi 3 il sonra başa çatıb. Ümumilikdə, onlar 11 il birlikdə yaşayıblar və altı övladları (övladlığa götürülənlər də daxil olmaqla) var.

Uşaqlarının ərinin himayəsində deyil, özündə qalması üçün Ancelina sonradan qalmaqallı şəkildə mübarizə aparıb. Cəmi 5 il sonra Bred Pitt qəyyumluğu qazanıb və indi onlar Colinin etirazlarına baxmayaraq, uşaqları birlikdə böyüdəcəklər.
Lakin 2020-ci ildə cütlüyünün böyük oğlu Maddoks 18 yaşı tamam olduqdan sonra övladlığa götürən atanın adından imtina edib. Buna görə də məhkəmə qərarı ona şamil edilməyəcək. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO