Şəhriyardan boşanan Oksana: “Sevdiklərinizin zərbəsi daha ağrılıdır” - FOTO

Şəhriyardan boşanan Oksana: “Sevdiklərinizin zərbəsi daha ağrılıdır” - FOTO

Hazırda oxunan: Şəhriyardan boşanan Oksana: “Sevdiklərinizin zərbəsi daha ağrılıdır” - FOTO

92551

Xəbər verdiyimiz kimi, aktrisa Oksana Rəsulova həmkarı, həyat yoldaşı Şəhriyar Əbilovdan ayrıldığını açıqlayıb.

Bizim.Media xəbər verir ki, bir il əvvəl kəbinini pozan Oksana sosial şəbəkə hesabında paylaşdığı qəmgin statusları ilə diqqətləri üzərinə cəmləyib. 

“Özünüzü pis hiss etdiyiniz zaman sadəcə boğulmadığınızı təsəvvür edin. Xilas olunmağınızı gözləməyəcəksiniz, elə deyilmi? İndi dəstəyi gözləməyin. Özünüzü qoruyun. Heç kim sizi xilas etməyəcək. Sevdiklərinizdən alınan zərbə başqasınınkındən yüz qat daha ağrılıdır” – deyə, O.Rəsulova yazıb. 
Qeyd edək ki, O.Rəsulova ilə Ş.Əbilov ötən il verilişlərin birində evli olduqlarını açıqlamışdılar. Cütlüyün dörd yaşlı Osman adlı oğlan övladı var.   

Oksana Rəsulova illər əvvəl repçi Elşad Xose ilə də evli olmuşdu. Daha sonra cütlük qalmaqallı şəkildə boşanmışdılar.

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO