Rusiya prezidenti Vladimir Putin Vladivostok şəhərində keçirilən Şərq İqtisadi Forumunda çıxış edərkən deyib ki, Moskva Ukrayna taxılının ixracını təmin etmək üçün hər şeyi edib, lakin nəticədə taxıl inkişaf etməkdə olan ölkələrə deyil, Aİ ölkələrinə göndərilib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya “Kommersant” nəşrində yerləşdirilib.
Rusiya liderinin sözlərinə görə, 87 gəmidən yalnız 2-si Afrikaya gedib: “Orda da 2 milyon ton taxılın yalnız 67 min tonu olub”.
Putin hesab edir ki, Ukraynadan taxıl ixracını məhdudlaşdırmaq lazımdır.
O, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla məsləhətləşəcəyinə söz verib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:49 / 07.09.2022
Putin: “Ərdoğanla danışacam, Ukraynadan taxıl ixracını məhdudlaşdırmaq lazımdır”
Hazırda oxunan: Putin: “Ərdoğanla danışacam, Ukraynadan taxıl ixracını məhdudlaşdırmaq lazımdır”
Hazırda oxunan: Putin: “Ərdoğanla danışacam, Ukraynadan taxıl ixracını məhdudlaşdırmaq lazımdır”
92482
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.