Bakıda adam oğurluğunda təqsiləndirilən, daha sonra axtarış nəticəsində Rusiyada həbs olunaraq Azərbaycana ekstadisiya edilən Elvin Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Azər Paşayevin icraatına verilib.
Qeyd edək ki, Elvin Əliqismət oğlu Cəfərovun barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən adam oğurluğu törətmək), 144.2.6-cı (tamah məqsədi ilə və ya sifarişlə adam oğurluğu törətmək) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalar vasitəsilə şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham elan edilib.
İttihama görə, Elvin Cəfərov Bakıda adam oğurluğu ilə məşğul olan mütəşəkkil dəstənin üzvü olub.
Mütəşəkkil dəstənin üzvləri bir neçə il əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunsalar da, Elvin Cəfərov istintaqdan yayına bilib.
O, ötən il Rusiyada həbs olunaraq Azərbaycana gətirilib.
Bildirilir ki, Elvin Cəfərovun üzv olduğu mütəşəkkil dəstəyə rəhbərlik edən şəxs kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifova yaxın adam olub.
Onu da qeyd edək ki, “Lotu Quli” ötən ilin avqustun 19-da Türkiyənin Antaliya şəhərində qətlə yetirilib. (APA)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:56 / 22.01.2021
"Lotu Quli"nin adam oğurluğunda təqsirləndirilən tərəfdarından xəbər var
Hazırda oxunan: "Lotu Quli"nin adam oğurluğunda təqsirləndirilən tərəfdarından xəbər var
Hazırda oxunan: "Lotu Quli"nin adam oğurluğunda təqsirləndirilən tərəfdarından xəbər var
9247
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.