Azərbaycanla İsrail arasında hərbi əməkdaşlıq gücləndiriləcək - FOTO

Azərbaycanla İsrail arasında hərbi əməkdaşlıq gücləndiriləcək - FOTO

Hazırda oxunan: Azərbaycanla İsrail arasında hərbi əməkdaşlıq gücləndiriləcək - FOTO

92378

Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2022" 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi davam edir. 

Müdafiə naziri general-polkovnik Zakir Həsənov sərgidə iştirak etmək üçün ölkəmizdə səfərdə olan İsrailin "Rafael" şirkətinin rəhbəri Yoav Har-Even ilə görüşüb.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə İsrail arasında hərbi əməkdaşlığın güclənməsinin vacibliyi və dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələr barədə ətraflı fikir mübadiləsi aparılıb.

Eyni zamanda, Azərbaycan-İsrail hərbi əlaqələrinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı səfərlərin zəruriliyi xüsusi vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO