Elm və Təhsil nazirinin yeni əmri nəyə hesablanıb? – “Məktəb direktorları üçün əlavə gəlir yeri idi”

Elm və Təhsil nazirinin yeni əmri nəyə hesablanıb? – “Məktəb direktorları üçün əlavə gəlir yeri idi”

Hazırda oxunan: Elm və Təhsil nazirinin yeni əmri nəyə hesablanıb? – “Məktəb direktorları üçün əlavə gəlir yeri idi”

92377

“Ümumi təhsil müəssisələrində dərsdənkənar məşğələlərin (fakültativ kursların) təşkili Qaydası” təsdiqlənib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Elm və Təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Dərsdənkənar məşğələ şagirdlərin meyil, maraq və qabiliyyətinə uyğun olaraq, biliklərinin genişlənməsinə, yaradıcılıq qabiliyyətinin inkişafına və peşəyönümünə yönəlmiş məşğələ formasıdır.

Dərsdənkənar məşğələyə ayrılan saatlar Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”na əsasən müəyyən edilir və şagirdlərin dərs yükünə daxildir.
Dərsdənkənar məşğələ saatlarının miqdarı həftəlik saatların maksimal miqdarının 20 faizindən çox ola bilməz. Dərsdənkənar məşğələlərin proqramı ən azı 34 saat (həftədə 1 saat olmaqla) nəzərdə tutulur.

Məsələyə münasibət bildirən təhsil üzrə ekspert Elşən Qafarov bu qərarı çox doğru addım adlandırdı: 

“Çünki, məktəblərdə fəaliyyət qaydalarla, normativlərlə olmalıdır. Biz bilirik ki, dərsdənkənar məşğələlər uzun illərdir ki, neqativ halların yaranmasına və sosial narazılığıa səbəb olurdu.

Məktəbdənkənar məşğələlər adətən məktəb direktorları üçün əlavə gəlir yeri idi. Beləki, formal olaraq əlavə dərslər ayrı-ayrı müəllimlərin adına yazılır, sonda isə vəsait məktəb direktoruna ödənilirdi. Bəzi hallarda isə bu dərsi az olan müəllimlərə verilirdi. Baxmayaraq ki, dərsdənkənar məşğələlərdə şagirdlərin meyl və maraqları əsas götürülür”.

Elşən Qafarov onu da əlavə etdi ki, dərsdənkənar məşğələlərin keçirilməsi repetitorluğun qarşısını tamamilə almayacaq:

“Amma məsələnin müsbət tərəfi dərsdənkənar məşğələlərin necə keçirilməsi barədə məktəb direktorunda və təhsili idarə edənlərin əlində konkret normativ sənəd olacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO