Britaniya kraliçası Consonun istefasını qəbul etdi - FOTO

Britaniya kraliçası Consonun istefasını qəbul etdi - FOTO

Hazırda oxunan: Britaniya kraliçası Consonun istefasını qəbul etdi - FOTO

92367

Boris Consonun istefası Britaniya kraliçası tərəfindən qəbul edilib.

Bizim.Media "Reuters"ə istinadən xəbər verir ki, Boris Conson Baş nazir postundan istefasını Böyük Britaniya kraliçası II Yelizavetaya Şotlandiyadakı Balmoral qəsrində təqdim edib.

Bukinqem Sarayı onun istefasının Böyük Britaniya kraliçası II Yelizaveta tərəfindən qəbul edildiyini bildirib.

Boris Consondan sonra isə Liz Trass kraliça ilə görüşmək üçün Balmoral qəsrinə gəlib. Liz Trass kraliça tərəfindən ölkənin növbəti Baş naziri kimi hökuməti qurmağa dəvət edilib.

Boris Conson Balmoral qəsrini tərk etdikdən bir neçə dəqiqə sonra Twitter-də tərcümeyi-halını dəyişərək "keçmiş baş nazir" sözlərini əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO