ABŞ-da yaşayan Günel: “Bu evdə travmalarla üzləşdim” – FOTO

ABŞ-da yaşayan Günel: “Bu evdə travmalarla üzləşdim” – FOTO

Hazırda oxunan: ABŞ-da yaşayan Günel: “Bu evdə travmalarla üzləşdim” – FOTO

92357

“Bəzi qalan əşyaları götürmək üçün köhnə evimizə gəldim. Nostalgiya məni bürüdü. Bu ev və bu evdə yaşananlar həyatımda çox böyük dəyişikliklərə səbəb oldu. Məhz bu evdə yeni peşə öyrəndim, tamamilə mənə yad sahədə karyera qurmağa başladım. Bu evdə daha iki yaş böyüdüm”.

Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ-a köçən keçmiş aparıcı Günel Hümbətova sosial şəbəkə hesabında yazıb.

Ailəsi ilə birgə yeni evinə köçən televiziya ulduzu, köhnə mənzilində yaşadığı xatirələrini paylaşıb.

“Son iki ildə yaşadıqlarım üçün içimdən minnətdarlıq hissi keçir. Sanki hansısa məktəbi bitirmişəm  və çoxlu biliklər əldə edib buranı yüksək qiymətlərlə tərk etmişəm. Bu evdə travmalarımla üzləşdim.
Bu evdə çox gözəl günlər keçirdim. Həm də acı xatirələrim oldu. Bu evdə bir vaxtlar xəyallarını belə qurmağa çəkindiyim möhtəşəm şirkətə işə qəbul olundum. Məni gözlədiyi yeni evimə əşyalarımla bərabər qayıdıram”.

Qeyd edək ki, G.Hümbətova illər öncə Firuz Soliyev adlı gənclə evlənib. Cütlük bir müddət sonra ABŞ-a köçüb. Onların Jozefina adlı qızları var.

Rəşad Əliyev, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO