Zakir Həsənov Türkiyənin Baş Qərargah rəisi ilə görüşdü – FOTO

Zakir Həsənov Türkiyənin Baş Qərargah rəisi ilə görüşdü – FOTO

Hazırda oxunan: Zakir Həsənov Türkiyənin Baş Qərargah rəisi ilə görüşdü – FOTO

92347

Sentyabrın 6-da Bakı Ekspo Mərkəzində keçirilən “ADEX-2022” 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti yayıb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında regional təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlıq, qarşılıqlı səfərlərinin təşkili, eləcə də maraq doğuran digər məsələlər müzakirə olunub.
Tərəflər birgə hərbi təlimlərdə texnoloji innovasiyalardan istifadə edilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO