Müəllimlərin işə qəbulu üzrə müsahibələrə START VERİLİR  

Müəllimlərin işə qəbulu üzrə müsahibələrə START VERİLİR  

Hazırda oxunan: Müəllimlərin işə qəbulu üzrə müsahibələrə START VERİLİR  

92314

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələrinin keçiriləcəyi tarix barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib.  

Bizim.Media xəbər verir ki, bu barədə Təhsil İnstitutu İnsan Resursları Mərkəzinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, apellyasiyaya müraciət etmiş namizədlər üçün müsahibələr sentyabrın 7-8-də onlayn formatda və “Microsoft Teams” platforması üzərindən təşkil olunacaq.

Müsahibə linki namizədlərin şəxsi səhifələrində qeyd olunan tarixdən bir gün əvvəl elektron poçt ünvanlarına göndəriləcək.

Həmçinin bildirilib ki, namizədlərin müsahibəyə qoşulmaq üçün şəxsi səhifələrinə yerləşdirilmiş təlimatla tanış olmağı tövsiyə edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO