TƏBİB-dən yenicə ana olmuş qadının ölüm səbəbi ilə bağlı AÇIQLAMA

TƏBİB-dən yenicə ana olmuş qadının ölüm səbəbi ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: TƏBİB-dən yenicə ana olmuş qadının ölüm səbəbi ilə bağlı AÇIQLAMA

92304

Xəbər verildiyi kimi Şirvanda yenicə ana olmuş gənc qadın qəfil dünyasını dəyişib. 

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) Bizim.Media-nın sorğusna cavab olaraq gənc qadının ölüm səbəbi ilə bağlı açıqlama verib.

Qeyd olunub ki, 2001-ci il təvəllüdlü vətəndaş 05.09.2022-ci il tarixində saat 10:00 radələrində Şirvan Rayon Müalicə Diaqnostika Mərkəzində öd daşı xəstəliyi diaqnozu ilə xolesistektomiya əməliyyatı olunub. 2 saata yaxın baş tutan əməliyyat sonrası vətəndaşın vəziyyəti stabil olub.

 

MÖVZU İLƏ BAĞLI:

Yenicə ana olan qadının müəmmalı ölümünün DETALLARI - FOTO 


Daha sonra 15:00 radələrində vətəndaşın səhhəti qəfil pisləşdiyindən Reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, o dünyasını dəyişib. Ölüm səbəbi aidiyyəti qurumlar tərəfindən araşdırılır.

Qeyd edək ki, Zivər Mirzəyeva Şirvan şəhər N.Quliyeva adına 9 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Sevinc Mirzəyevanın qızıdır.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO