“Qarabağ”dan transfer edilən Vadji Fransada debüt etdi

“Qarabağ”dan transfer edilən Vadji Fransada debüt etdi

Hazırda oxunan: “Qarabağ”dan transfer edilən Vadji Fransada debüt etdi

92298

“Saint-Etienne” klubunun “Qarabağ”dan transfer etdiyi futbolçu İbrahima Vadji “Fransa Liqa 2”də debüt edib.

Bizim.Media xəbər verir ki, 27 yaşlı hücumçunun yeni komandasında ilk oyunu VII turda “Pau” ilə səfər matçına təsadüf edib.

Oyuna ehtiyatda başlayan seneqallı forvard 66-cı dəqiqədə Jan-Filipp Krassonun əvəzinə meydana daxil olub.

Həmin vaxt “Saint-Etienne” Etyen Qrinin 64-cü dəqiqədə qırmızı vərəqə almasına baxmayaraq, Lui Mutonun 34-cü dəqiqədə vurduğu qolla öndə olub - 1:0.

Lakin əvəzləmədən cəmi 2 dəqiqə sonra “Pau”nun futbolçusu Anri Seve bərabərlik qoluna imza atıb. Seve 79-cu dəqiqədə "dubl" etsə də, 84-cü dəqiqədə Lenni Pintor məhz Vadjiyə qarşı kobudluqdan sonra təyin olunmuş penaltidən yararlanaraq, yekun nəticəni müəyyənləşdirib - 2:2.
Bu nəticədən sonra “Saint-Etienne” və “Pau” hərəyə 4 xalla 19-20-ci yerləri bölüşür.

Qeyd edək ki, İbrahima Vadji “Saint-Etienne” ilə avqustun 30-da 3 illik müqavilə bağlayıb.

Zakir Abbas, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO