47 ağacın qanunsuz kəsilməsi ilə bağlı rəsmi AÇIQLAMA

47 ağacın qanunsuz kəsilməsi ilə bağlı rəsmi AÇIQLAMA

Hazırda oxunan: 47 ağacın qanunsuz kəsilməsi ilə bağlı rəsmi AÇIQLAMA

92288

Vətəndaşların ərizələri, media və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında növbəti qanunsuz ağackəsmə faktları ilə bağlı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Baş Prokurorluğun Mətbuat Xidməti yayıb. 

Araşdırmalarla Bakı şəhəri, Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “Mənzərə” MTK-nin istifadəsində olmaqla dövlət mülkiyyətində olan torpaq sahəsində, eləcə də Abşeron rayonu, Saray qəsəbəsində xüsusi mülkiyyətdə olan torpaq sahəsində və Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsində və İnşaatçılar qəsəbəsi, Qara Qarayev küçəsində dövlət mülkiyyətində olan torpaq sahəsində meşə fonduna daxil olmayan müxtəlif cinsli və diametrli 47 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində ekosistemə 30 min manat məbləğində maddi ziyanın dəyməsi müəyyən edilib.

Qeyd edilən faktlara görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 259.1, 259.2.3 və 259.2.4-cü (qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO