Azərlə \

Azərlə \"qanlı bıçaq\" olan Pərvin canlı yayıma gəldi: \"Haqqımda iyrənc məlumat yaymısan\" - VİDEO 

Hazırda oxunan: Azərlə \"qanlı bıçaq\" olan Pərvin canlı yayıma gəldi: \"Haqqımda iyrənc məlumat yaymısan\" - VİDEO 

92282

“Haqqımda iyrənc məlumat yayıldı. Sənin haqqımdakı yazışmanı mənə göstərdilər. O yazışmanı mənə atmayıblar, amma görmüşəm. Həmin yazışmanı göstərən insan isə “TikTok”da yoxdur.

Sənə zəng vurdum, dedin ki, 3 balamın canına etməmişəm. Bu anddan sonra sənə inanmaya bilməzdim. Onu mənə rahatlıqla göstəriblər, inanmamaq mümkün deyildi.  

“TikTok”u real həyata daşımaq nə kişiyə, nə də ki qadına yaraşmaz. Virtualı reala və ya tərsinə qarışdırsam, burada önümdə heç kəs dayana bilməz. Bunları görəndən sonra sənə qarşı olan aqressiyam və nifrətim qat-qat artdı”.  

Bizim.Media xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva düşmən kəsildiyi aparıcı Azər Zahidin “TikTok” sosial şəbəkə platformasında yayımlanan verilişində qonaq olan zamanı deyib.

Pərvin iddia edib ki, Azər onunla münaqişə yaşadıqdan sonra sosial şəbəkələrdə xoşagəlməz məlumatlar yayıb.

Abıyevanın bu iddialarından hiddətlənən Zahid belə bir reaksiya verib:

“Göstər onu edən kimdir, zəng vurum ona. Onu canlı yayıma çıxarım. Bilmirəm kimdir?

Arxamca qara yaxanlar, içinizi açacağam, sizə qarşı eyni şeyi edəcəyəm. Yerimi bilir, gəlsin desin Pərvinə bu sözü mən demişəm. Mənim sözüm varsa, Pərvinə elə canlı yayımda deyərəm.
Pərvinlə, qadınla mənim nə ədavətim ola bilər ki, pul verib onun haqda video düzəltdirim. Sizin kimi şərəfsiz deyiləm ki, bu işləri görüm”.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO