Parataekvondoçularımızdan Qran-pridə 3 MEDAL

Parataekvondoçularımızdan Qran-pridə 3 MEDAL

Hazırda oxunan: Parataekvondoçularımızdan Qran-pridə 3 MEDAL

92231

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Fransanın paytaxtı Parisdə keçirilən Qran-pridə gümüş medal qazanıb.

Milli Paralimpiya Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, 58 kq-da çıxış edən idmançı yalnız finalda uduzaraq, ikinci yerlə kifayətlənib.

Millinin digər üzvləri İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) isə turniri bürünc medalla başa vurublar.

Beləliklə, Qran-Pridə nəticə qazanmış idmançılar öz aktivlərinə əlavə reytinq xalları yazdıraraq, 2024-cü ildə Parisdə təşkil olunacaq Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq şanslarını artırıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO