"Azəriqaz" rəhbəri Qəbələdə vətəndaşları qəbul etdi - FOTO

Hazırda oxunan: "Azəriqaz" rəhbəri Qəbələdə vətəndaşları qəbul etdi - FOTO

92229

"Dövlət başçısının müvafiq tapşırığına əsasən, digər qurumlar kimi SOCAR "Azəriqaz" İstehsalat Birliyi olaraq davamlı şəkildə regionlarda vətəndaşlarla görüşlər keçirərək, yerlərdə qaz təsərrüfatına dair problemlərin həllinə dəstək oluruq. Məqsədimiz, amalımız sizlərin yanında olmaqdır".

Bizim.Media xəbər verir ki, bu sözləri SOCAR "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev Qəbələ rayonunda keçirilən vətəndaş qəbulu zamanı bildirib. 

Görüşdə Birliyin Zaqatala Regional qaz istismarı İdarəsinin tabeliyində olan xidmət sahələrindən olan vətəndaşların problem və təklifləri dinlənilib.
Müraciətlər zamanı fərdi qazlaşma, yaşayış məntəqələrinə və yeni yaşayış massivlərinə küçə qaz xəttinin çəkilməsi, işə qəbul və digər məsələlərə toxunulub. 

Ruslan Əliyev qəbula gələn vətəndaşları fərdi olaraq dinləyib və qaldırılan məsələlərin həlli barədə Zaqatala Regional qaz istismarı İdarəsinin rəhbərlərliyinə müvafiq tapşırıq verib. Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həllini tapıb. Vətəndaşlar müraciətlərinə baxılması üçün onlara bu cür rahat şərait yaradıldığına görə Dövlət başçısına və SOCAR rəhbərliyinə təşəkkür ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO