Armen Qriqoryanı Azərbaycan xalqından üzr istəməyə kim məcbur edib? - 4 vacib SƏBƏB

Armen Qriqoryanı Azərbaycan xalqından üzr istəməyə kim məcbur edib? - 4 vacib SƏBƏB

Hazırda oxunan: Armen Qriqoryanı Azərbaycan xalqından üzr istəməyə kim məcbur edib? - 4 vacib SƏBƏB

92182

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan xalqından üzr istəyib.

Üzr istəməyinin səbəbi də odur ki, o sentyabrın 2-də qanunsuz olaraq Xankəndinə gəlib və burda keçirilən tədbirlərə qatılıb. Qriqoryan üzrxahlıq edərkən deyib ki, özüm qarabağlıyam və Qarabağa səfərim siyasi deyil, şəxsi məqsəd daşıyıb. Məqsədim əsasən ata evimi və atamın məzarını ziyarət etmək idi.

O, həmçinin, əlavə edib ki, Qarabağa dövlət xadimi kimi deyil, adi vətəndaş kimi səfər etmişəm və abidə kompleksini də tək ziyarət etmişəm.

Son 30 ilin nadir hadisəsi sayıla biləcək bu olay bir çox cəhətləri ilə diqqət çəkir. Ermənistan siyasi hakimiyyətində ən yüksək post tutan birisi bir addım atır və az keçmiş həmin addımın üzrxahlığını edir. Burdan da aydın görünür ki, Armen Qriqoryan öz könlü ilə üzr istəməyib, onu buna zorlayıblar. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan Təhlükəsizlik Şurasının katibi Azərbaycandan üzr istədi


Bəs Təhlükəsizlik Şurasının katibini üzr istəməyə zorlayan kimlər və hansı səbəblər olub?

Birincisi, Azərbaycan dövləti. Məlum olduğu kimi Qriqoryanın səfər xəbəri yayılan kimi Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yaydı. Bəyanatda deyilirdi ki, Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə baş tutan növbəti görüşdən dərhal sonra Ermənistan rəsmisi tərəfindən məqsədyönlü şəkildə atılan bu qanunsuz addım, görüş zamanı əldə edilmiş razılıqlara kölgə salmaqla yanaşı, Ermənistan tərəfinin normallaşma prosesində səmimi olmadığını açıq nümayiş etdirir.

Azərbaycan hökümətinin qətiyyətli mövqeyi rəsmi İrəvanda ildırım kimi çaxdı. Və Paşinyan başda olmaqla bir çox Qriqoryankimilər həmən anadılar ki, çox böyük səhv ediblər. Artıq zaman dəyişib. Azərbaycanla hər hansı məsələdə konfliktə getmək Ermənisana çox baha başa gələ bilər.

İkincisi, Rusiya Federasiyası Qriqoryanın bu yersiz və lüzumsuz səfərindən rəncidə oldu. İndiki həssas dönəmdə Təhlükəsizlik Şurasının katibinin məsuliyyətsiz davranışı Kremldə oturanları bərk qəzəbləndirdi.

Təsadüfi deyil ki, Qriqoryanın səfərinin ertəsi günü rəsmi Moskva baş nazir Paşinyanı və Xarici İşlər naziri Ararat Mirzoyanı Rusiyaya çağırdı. Bu da o anlama gəlir ki, Moskvada erməni rəsmilərdən ciddi hesab sorulacaq.

Üçüncü faktor Avropa Şurasıdır. Brüssel görüşündən cəmi iki gün sonra Ermənistan rəsmisinin Xankəndinə səfər etməsi Avropa Şurasının başda oturanlarına da xoş gəlmədi. Çünki, bu cür təxribatçı hərəkətlər Avropa Şurasının imicinə də zərbə vurur. Əminliklə deyə bilərik ki, Qriqoryanın səfərindən sonra Qərbin rəsmi İrəvana ciddi təzyiqi və xəbərdarlığı olub. 

Dördüncüsü, ABŞ faktorudur. Məlum olduğu kimi ötən illərdə Qarabağdakı separatçıların istənilən şousuna Dövlət Departamentindən bu və ya digər şəkildə dəstək mesajları olurdu. Amma bu dəfəki 2 sentyabr tədbirlərinə Ağ Evdən heç bir reaksiya olmadı.

Bu da onu göstərir ki, Vaşinqton Brüssel görüşlərinin uğurlu nəticələrinə çox ümidlidir. Bu həm də ona görədir ki, ABŞ Avropa Şurasının əli ilə Cənubi Qafqazda əldə ediləcək davamlı sülhdə pay sahibi olmaq istəyir.

Ona görə də təkcə Qriqoryanın səfəri deyil, həm də Paşinyanın separatçılara ünvanladığı məktub heç də Ağ Evdəkilərin ürəyincə olmayıb. Ona görə də Qriqoryan tələsik bəyanat verdi ki, onun səfəri şəxsi idi və o heç bir tədbirə qatılmayıb.

Bu azmış kimi ötən gün Paşinyan özü də bəyan etdi ki, ilin sonunadək Azərbaycanla sülh sazişi imzalanacaq. Erməni baş nazirin son bəyanatı əslində bir tövbə və üzrxahlıq idi. Həm öz adından, həm də komandası adından.
Bütün bunlarsa onu sübut edir ki, Qriqoryanın üzrxahlığının və Paşinyanın son bəyanatının ciddi əsasları var.

Bu əsaslarsa yuxarıda sadaladığımız   səbəblərdən qaynaqlanır. Ən nəhayət, bu səbəbləri yaradansa təbii ki, qüdrətlənən və regionda güc mərkəzinə çevrilən Azərbaycan dövlətidir. Bu da bir daha onu sübut edir ki, regionda istənilən addım Azərbaycan dövlətinin razılığından sonra atıla bilər.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO