Bu ilin yanvar-avqust aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 1 148 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 8,8 dəfə çoxdur.
Bizim.Media xəbər verir ki, bu barədə ARDNF-in məlumatında bildirilir.
Məlumata görə, Fondun "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2022-01.09.2022 tarixinə) 328 567 min dollar olub, bu da 5,75 dəfə artım deməkdir.
Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19%), SOCAR (14,35%), NICO (10%) və SGC (6,67%) şirkətləri iştirak edir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:32 / 05.09.2022
Neft Fondunun "Şahdəniz"dən gəlirləri 9 dəfəyədək artıb
Hazırda oxunan: Neft Fondunun "Şahdəniz"dən gəlirləri 9 dəfəyədək artıb
Hazırda oxunan: Neft Fondunun "Şahdəniz"dən gəlirləri 9 dəfəyədək artıb
92153
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.