Azərbaycandan Qazaxıstan neftinin nəqli ilə bağlı YENİ XƏBƏR

Azərbaycandan Qazaxıstan neftinin nəqli ilə bağlı YENİ XƏBƏR

Hazırda oxunan: Azərbaycandan Qazaxıstan neftinin nəqli ilə bağlı YENİ XƏBƏR

92090

Qazaxıstanın “KazMunayQaz” (KMQ) neft-qaz şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə neftin nəqli variantlarının həyata keçirilməsi üzrə danışıqları davam etdirir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Qazaxıstanın Energetika Nazirliyi yayıb.

“Qazaxıstan neftinin ixrac marşrutlarının daha da şaxələndirilməsi və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı çərçivəsində Energetika Nazirliyi və KMQ Qazaxıstan neftinin Azərbaycan Respublikası ərazisindən nəqli məsələləri üzrə Azərbaycan tərəfi ilə danışıqlara başlayıb”, - deyə nazirlik qeyd edib.
Qurum rəsmisinin sözlərinə görə, hazırda KMQ SOCAR və Qazaxıstan neft şirkətləri ilə neftin nəqlinin müxtəlif variantları ilə bağlı müzakirələr aparır.

Bundan əvvəl Qazaxıstanın Energetika Nazirliyinin rəhbəri Bolat Akçulakov bildirmişdi ki, Azərbaycan ərazisindən yalnız az miqdarda neftin nəqli imkanları nəzərdən keçirilir.

"Neftin müəyyən həcminin Xəzər dənizi vasitəsilə Azərbaycana göndərilməsi məsələsi texniki məsələdir və söhbət hansısa böyük həcmdə daşımalardan deyil,  artıq qalan həcmlərdən gedir", - nazir bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO