Xızıda yanğın törədən şəxslər SAXLANILDI - VİDEO

Xızıda yanğın törədən şəxslər SAXLANILDI - VİDEO

Hazırda oxunan: Xızıda yanğın törədən şəxslər SAXLANILDI - VİDEO

92088

Meşə ətrafında, meşələrdə, biçilmiş sahələrdə ehtiyatsız, nəzarətsiz yanğınlar ekoloji tarazlığı pozmaqla, dövlətə və təbiətə külli miqdarda zərər vurur. Yay aylarında intensivləşən bu halların profilaktikası, bu əməlləri törədən şəxslərin müəyyən olunması istiqamətində müvafiq dövlət qurumları ilə qarşılıqlı iş aparılır. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə Xızı rayonu Baxşılı kəndində quru otlaq və ağaclıq sahələrini yandırılması ilə bağlı rayon polis şöbəsinə daxil olan məlumat əsasında əməli törətməkdə şübhəli bilinən şəxslərin kimliyi müəyyən edilib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, istirahət zamanı piknik edən bir qrup şəxs ocağı nəzarətsiz qoyaraq, odun söndüyünə tam əmin olmadan ərazini tərk ediblər və nəticədə yanğının miqyası genişlənib. 
Davam etdirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinənlər – Bakı şəhər sakini Taleh Hüseynov və Şəmkir rayon sakinləri İrafiq Mamedov və Bəyoğlan Hüseynov saxlanılıblar. 

Qeyd olunan hərəkətlərdə Cinayət Məcəlləsinin 187-ci (Əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə) maddəsinin tərkib əlamətləri olduğundan fakta görə Xızı RPŞ-də cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Bizim.Media
 


 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO