Azərbaycanda su qıtlığını yaradan SƏBƏBLƏR - Meliorasiya və Su Təsərrüfatı ASC nə fikirləşir?

Azərbaycanda su qıtlığını yaradan SƏBƏBLƏR - Meliorasiya və Su Təsərrüfatı ASC nə fikirləşir?

Hazırda oxunan: Azərbaycanda su qıtlığını yaradan SƏBƏBLƏR - Meliorasiya və Su Təsərrüfatı ASC nə fikirləşir?

92085

Növbəti təsərrüfat ilində Azərbaycan fermerlərini dəhşətli su qıtlığı gözləyir. Quraq keçən 2022-ci il bir daha sübut etdi ki, əkin sahələrinin suvarılması üçün su ehtiyyatlarımız və bu istiqamətdə aparılan meliorasiya işi çox aşağı səviyyədədir.

Bu günlərdə Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, bu il quraqlıq üzündən 100 min hektar ərazidə taxıl əkinləri məhv olub. Bu ortalama 250-300 min ton taxıl itkisi deməkdir.

Dünyada davam edən iqtisadi böhran və ərzaqlıq buğda qıtlığı fonunda bu ilki itkimiz çox böyük rəqəmdir. 

Suvarma suyunun qıt olması obyektiv səbəb olsa da meliorasiya işinin düzgün qurulmaması, köhnə metodlarla tarlaların su altına verilməsi vəziyyəti bir az da qəlizləşdirir. 

Satistikaya görə, ölkəmizdə istifadə edilən içməli suyun 40, suvarma suyunun isə 60 faizi itkiyə gedir. 

Suvarma kanalları dövrün tələblərinə cavab vermədiyinə görə ötürülən suvarma suyunun çax az hissəsi əkin sahəsinə gedib çatır. Rəsmi statistikaya görə ölkəmizdə su ötürən kanalların 70 faizi torpaqdandır. Torpaq kanallarının su ötürmək qabiliyyəti isə çox aşağıdır. 

Məsələ ilə bağlı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq.

ASC-nin mətbuat katibi Dilqəm Şərifov Bizim.Media-ya açıqlamasında bildirdi ki, ölkə ərazisində 52 min kilometrdən çox suvarma şəbəkəsi mövcuddur:
 

MÖVZU İLƏ BAĞLI:

Qlobal quraqlıq müddətində bu əkinçilik növünə ehtiyacımız olacaq - Ekspertdən HƏYƏCAN TƏBİLİ 


“Torpaq kanalların hamısını betonla əvəz etmək mümkün deyil. 2003-2021-ci ilə kimi ölkə ərazisində 4620 km beton kanal çəkilib. Bu məsələ bir, iki və beş ilə tam həll olunan məsələ deyil, hər il davamlı olaraq işlər görülür”.

Dilqəm Şərifov onu da qeyd etdi ki, fəaliyyətimizdə müxtəlif istiqamətlər var, maliyyə hansı istiqamətə ayrılıbsa, ona istifadə olunur:

“Tək bir sahəni inkişaf etdirmək olmaz. Eyni zamanda, su itkisinin qarşısını almaq üçün 2003-cü ildən bəri 4 su anbarı tikilib, 3 su anbarı bərpa edilib”.
Mətbuat katibinin verdiyi rəqəmlərə nəzər salsaq, 18 ildə cəmi 8.5 faiz torpaq suötürücüləri betonlaşdırılıb. Bu minvalla Azərbaycanda su kanallarını betonlaşdırmaq üçün azı 120 il vaxt lazımdır. 

Hələ biz onu qeyd etmirik ki, belə su qıtlığı ilə üz-üzə qalmış ölkədə tarlalarda tətbiq olunan suvarma prinsipi əsil israfçılıq və ədalətsilikdir. Tükənən bir neməti ağzı başına tarlalara axıtmaq da doğru deyil.

Ən son suvarma sistemləri mövcuddur ki, onunla ilboyu suvarma əldə etmək və su ehtiyatına da on dəfələrlə qənaət etmək mümkündür. 

Görünən isə odur ki, suyun tükənən bir nemət olduğu hələ çoxlarına gedib çatmayıb. Bu isə o deməkdir ki, bizi qarşıda daha ciddi və qorxulu su qıtlığı gözləyir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO