Şəmkirdə əməliyyat keçirildi - Saxlanılan var – FOTO 

Şəmkirdə əməliyyat keçirildi - Saxlanılan var – FOTO 

Hazırda oxunan: Şəmkirdə əməliyyat keçirildi - Saxlanılan var – FOTO 

92059

Şəmkir sakinində narkotik aşkarlanıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Valeh Cəfərov saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan “marixuana” aşkar edilib. Saxlanılan şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun yaşadığı evdə də narkotik vasitə olması aşkarlanıb.
Ünvana baxış zamanı oradan 2 kq-dan çox narkotik vasitə olan “marixuana” götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün əkdiyini bildirib.  

Faktla bağlı Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO