ABŞ Rusiyadakı səfirini dəyişdi

ABŞ Rusiyadakı səfirini dəyişdi

Hazırda oxunan: ABŞ Rusiyadakı səfirini dəyişdi

92031

ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan Rusiyadakı işini başa vuraraq Moskvanı tərk edib. Onun səlahiyyətlərini müvəqqəti olaraq ABŞ-ın Rusiyadakı missiyasının rəhbərinin müavini Elizabet Rud yerinə yetirəcək.

Bizim.Media Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Rusiyadakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

“ABŞ-ın Rusiya Federasiyasındakı səfiri Con J. Sallivan ABŞ səfiri kimi fəaliyyətini başa vuraraq bu gün Moskvanı tərk edib”, - bəyanatda deyilir.

Səfirlik əlavə edib ki, Rud “səfir Sallivanın varisi gələnə qədər” ABŞ-ın Moskvadakı səfirliyində müvəqqəti işlər vəkili kimi fəaliyyət göstərəcək.

Qeyd olunur ki, Sallivan üç ilə yaxındır (2019-cu ilin dekabrından) Rusiyada səfir vəzifəsində çalışıb və bu vəzifəni tərk etdikdən sonra o, ABŞ-ın beş prezidentinin yanında işlədiyi qırx illik dövlət qulluğu karyerasını tamamlayacaq. 

Diplomat, həmçinin ABŞ dövlət katibinin müavini vəzifəsində çalışıb, Ədliyyə, Müdafiə və Ticarət nazirliklərində yüksək vəzifələr tutub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO