Azərbaycan güləşçisi dünya çempionu oldu

Azərbaycan güləşçisi dünya çempionu oldu

Hazırda oxunan: Azərbaycan güləşçisi dünya çempionu oldu

92029

Rumıniyanın Konstansa şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsinə yekun vurulub.

Azərbaycan güləş federasiyasından Bizim.Media-ya verilən məlumata görə, seriyanın sonuncu mərhələsində Azərbaycan millisinin üzvü fəxri kürsüyə qalxıb.

İbrahim Yusubov (90 kq) qızıl, Ramiz Həsənovla (70 kq) Fərid Cabbarov (90 kq) isə gümüş medal qazanıb.

Dünya Seriyasının 5 mərhələsinin yekununda toplanan xallara əsasən, böyüklər arasında çimərlik güləşi üzrə dünya çempionatının medalçıları müəyyənləşib. İbrahim Yusubov 90 kq-da ən çox xal toplayan güləşçi kimi dünya çempionu ünvanına sahib çıxıb.

Ramiz Həsənov (70 kq) və Omid Kamaliaqdam (80 kq) isə öz çəkilərində gümüş medal qazanıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO