Yuxarı Tala kəndindəki yanğın NƏZARƏT ALTINA ALINDI

Yuxarı Tala kəndindəki yanğın NƏZARƏT ALTINA ALINDI

Hazırda oxunan: Yuxarı Tala kəndindəki yanğın NƏZARƏT ALTINA ALINDI

91779

Zaqatala rayonu Yuxarı Tala kəndinin yüksək dağlıq ərazisindəki meşə sahəsində baş vermiş yanğın artıq tam nəzarət altına alınıb, hazırda ərazidə soyutma işləri aparılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Bizim.Media-ya bildirib ki, Qəbələ rayonunun Tikanlı və Oğuz rayonunun Daşağıl kəndinin yüksək dağlıq ərazilərində baş vermiş yanğınların söndürülməsi istiqamətində isə ETSN-in yerli qurumlarının əməkdaşları və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndələri tərəfindən tədbirlər görülür.

Nazirlik rəsmisinin sözlərinə görə, yanğın baş vermiş ərazilərə ETSN-in bütün yerli qurumlarının 300-dən artıq əməkdaşı səfərbər olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO