Tələbələrin köçürülməsi üzrə nəticələr AÇIQLANDI

Tələbələrin köçürülməsi üzrə nəticələr AÇIQLANDI

Hazırda oxunan: Tələbələrin köçürülməsi üzrə nəticələr AÇIQLANDI

91778

Tələbələrin ölkə daxili və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə və xaricdə yerləşən orta ixtisas təhsili müəssisələrindən köçürülməsi prosesi başa çatıb.

Bizim.Media Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, portal vasitəsilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ümumilikdə 4 512 müraciət qeydə alınıb.

Onlardan 528 nəfəri orta ixtisas təhsili müəssisəsindən, 3 402 nəfəri ölkə daxilində yerləşən ali təhsil müəssisəsindən, 50 nəfəri magistratura səviyyəsindən, 532 nəfəri isə xaricdə yerləşən ali təhsil müəssisəsindən köçürülmək və ya ixtisasını dəyişdirmək üçün qeydiyyatdan keçib.
 

MÖVZU İLƏ BAĞLI:

Tələbə kreditinə müraciətlərin qəbuluna start verilir


Ümumilikdə 2 852 nəfərin müraciəti müsbət cavablandırılıb. Köçürülməsinə icazə verilən 2 410 nəfərdən 2 310 nəfəri bakalavr, 14 nəfəri magistratura səviyyəsi üzrə, 86 nəfəri xarici ali təhsil müəssisələrindən, 442 nəfəri isə orta ixtisas təhsili müəssisələrindən köçürülənlər təşkil edir.
Köçürülmə ilə bağlı müraciət etmiş tələbələr şəxsi kabinetlərinə daxil olaraq nəticələr barədə məlumatı əldə edə bilərlər.

Müsbət nəticə əldə etmiş şəxslərdən sentyabr ayının 7-dən etibarən köçürüldükləri təhsil müəssisəsinə müraciət etmələri xahiş olunur.

Qeyd edək ki, tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Elm və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO