Avropa Olimpiya Komitəsinin prezidenti Bakıya gələcək

Avropa Olimpiya Komitəsinin prezidenti Bakıya gələcək

Hazırda oxunan: Avropa Olimpiya Komitəsinin prezidenti Bakıya gələcək

91710

Avropa Olimpiya Komitəsinin (EOC) prezidenti Spiros Kapralos Bakıya gələcək. 

Bu barədə Bizim.Media-ya Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib. 

Onun sözlərinə görə, yunanıstanlı funksioner MOK-un 30 illik yubiley tədbirində iştirak edəcək. Ç.Hüseynzadə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxdan fərqli olaraq, EOC prezidentinin Azərbaycana səfərinin real olduğunu vurğulayıb:

"Bax barədə bir söz deyə bilmərəm. Onun gəlişi çox qəlizdir. Amma Kapralosla söhbətlərim olub. O, yubiley tədbirində mütləq iştirak edəcək". 

Qeyd edək ki, MOK-un yubiley tədbiri noyabrın 10 - 12-də olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO