Rusiyanın məşhur azərbaycanlı videobloqeri Hüseyn Həsənov lüks avtomobilini satışa çıxarıb.
Bizim.Media xəbər verir ki, bu barədə bloqer sosial şəbəkə hesabında məlumat yayıb.
Hüseyn satışa çıxardığı “BMW” – 8 seria markalı nəqliyyat vasitəsinin ideal vəziyyətdə olduğunu bildirib.
H.Həsənovun 2020-ci ilə aid olan avtomobili 7,6 mln rubla (təxminən 216 min manat) öz alıcısını gözləyir.
Rəşad Əliyev, Bizim.Media
