Apteklər od tutub yanır – Ölkəyə gətirilən 85 faiz dərmanın qiymətində yuxarı hədd MÜƏYYƏNLƏŞİB

Apteklər od tutub yanır – Ölkəyə gətirilən 85 faiz dərmanın qiymətində yuxarı hədd MÜƏYYƏNLƏŞİB

Hazırda oxunan: Apteklər od tutub yanır – Ölkəyə gətirilən 85 faiz dərmanın qiymətində yuxarı hədd MÜƏYYƏNLƏŞİB

91686

Son bir ayda Azərbaycanda dərman vasitələrinin qiyməti kəskin şəkildə bahalaşıb. Dərmanların qiyməti çeşidindən asılı olaraq dəyişir. Daha çox ilkin tibbi yardım üçün gərəkli olan dərmanların qiyməti çox bahalaşıb. Digər problem isə tərkibi və göstəriciləri eyni olan dərmanların müxtəlif apteklərdə fərqli qiymətə satışa çıxarılmasıdır. Bəzi dərmanların müvəqqəti apteklərdən yoxa çıxması halları da sonradan bahalaşma ilə nəticələnir. 

İqtisadçı-ekspert Rəşad Həsənov Bizim.Media-ya açıqlamasında bildirib ki, ölkəyə gətirilən 85 faiz dərmanların qiymətinə yuxarı hədlər müəyyən edilib:
 

MÖVZU İLƏ BAĞLI:

Apteklərdən Luqol və Dimedrol niyə QƏHƏTƏ çıxıb? – Rəsmi CAVAB


“Təssüf ki, bunun icrasına nəzarət nisbətən zəif təşkil olunub. Müşahidə edirik ki, həm topdan, həm də pərakəndə satış halqalarında nəzərdə tutulanın üzərində qiymətlər təklif edilib. Yaxud da bilərəkdən bu prosesin iştirakçıları, xüsusilə də apteklər gələcək təchizatda problemlərin olduğunu ehtimal edərək məhsulları dövriyyədən kənarlaşdırırlar və qısa müddət sonra əlaltından daha baha qiymətə satırlar. Əslində məhsulun dövriyyədən kənarlaşdırılması qanunsuz deyil. Bu, sahibkarlıq fəaliyyətiir. Burada qanunsuz tərəf Tarif Şurası tərəfindən müəyyən edilmiş yuxarı həddin üzərində qiymətin təklif edilməsidir.
 

Nəzarət bu istiqamətdə zəifdir. Əsas psinsip odur ki, təki dərmanlar hansısa formada insanlar tərəfindən tapılıb alınsın. Bəzən idxalçıların özləri də dərmanların qiymətini çox baha gətirirlər. Amma buna diqqət edilmir”.


İqtisadçı bahalaşmanın digər səbəbini dərmanların maya dəyərinin yüksək olması ilə əlaqələndirib:

“Digər məhsullar kimi dərmanların qiymətində də artımlar var. Qiyməti bahalaşdıran əsas transport xərcləri ilə bağlı məsələlərdir. Nəzərə almaq lazımdır ki, ölkə dərman təchizatı baxımından qismən də olsa Rusiya, Ukrayna bazarlarından da asılıdır. Bu istiqamətdə də müəyyən çətinliklər yaranıb”.

Ekspert Azərbaycanda dərman istehsalına başlanılması məsələsinə də toxunub:

“Bu gün Azərbaycan vətəndaşı il ərzində təxminən 950 milyon – 1 milyard manata yaxın dərman üçün vəsait xərcləyir. Biz bu məhsulun ən yaxşı halda 8 milyon manatlıq hissəsini istehsal edirik. Bunun da 4-5 milyon manatı ixrac olunur. Bunlar ilkər dərman (tibbi bint, spirt, şpris, maska) vasitələridir. Yəni, 1 milyardlıq tələbatın cəmi 3 milyonluq hissəsində yerli dərman istehsalçılarının payı var. Yəni 0,3 – 0,5 faizdən o tərəfə keçmir”. 

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO