Ermənistan Azərbaycanın Avropa Məhkəməsinə müraciətindən qorxuya düşdü

Ermənistan Azərbaycanın Avropa Məhkəməsinə müraciətindən qorxuya düşdü

Hazırda oxunan: Ermənistan Azərbaycanın Avropa Məhkəməsinə müraciətindən qorxuya düşdü

9158

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində zərər çəkmiş vətəndaşlarımızın hüquq və azadlıqlarının pozulmasına dair dövlətlərarası ərizə hazırlanaraq 2021-ci il yanvarın 15-də Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) təqdim edilib.

Ərizədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və 7 ətraf rayonunun Ermənistan tərəfindən 30 ilə yaxın davam etmiş işğalı nəticəsində Azərbaycan Respublikası vətəndaşlarının yaşamaq hüququnun, şəxsi və ailə həyatına hörmət və dini etiqad azadlıqlarının, işgəncəyə və pis rəftara məruz qalmamaq, mülkiyyət və sərbəst hərəkət hüquqlarının pozulması məsələləri qaldırılır, həmçinin Azərbaycanın 3890 vətəndaşının itkin düşməsi və Ermənistanın bu şəxslərin aqibətinin araşdırılması üçün hər hansı tədbir görməməsi barədə dəlillər irəli sürülür.

Bizim.Media xəbər verir ki, erməni mediası bu gün mövzu ilə bağlı məqalə dərc edib və bərk qorxuya düşdüklərini etiraf ediblər. 

Məqalədə yazılır ki, Azərbaycan tərəfi "Ermənistanın 30 illik işğalı nəticəsində" minlərlə vətəndaşının həyat, mülkiyyət, sərbəst hərəkət, inanc və bir çox digər hüquqlarının pozulduğunu iddia edir.

“İddia ərizəsində Azərbaycanın Ermənistan tərəfinə qarşı ötən ilin sentyabrın 27-də başlayan hərbi əməliyyatlarla bağlı tələbləri də yer alıb".

"Həmçinin, Ermənistanın 2020-ci ilin iyul ayında Tovuz rayonu istiqamətində başladığı hərbi əməliyyatlar da bu ərizədə yan keçməyib". 

"İddia ərizəsində Ermənistanın işğal etdiyi ərazilərdəki yaşayış məskənlərinin viran qoyulması, şəhər və kəndlərin məqsədli şəkildə dağıdılması, o cümlədən hər yerə mina basdırılması, qanunsuz hərbi birləşmələrin yerləşdirilməsi öz əksini tapıb".

"Azərbaycan AİHM-ə müraciətində Ermənistanın qanunsuz əməllərinin nəticələrinin aradan qaldırılması üçün bütün lazımi tədbirlərin görülməsini tələb edir".

"Məlumatda Azərbaycan tərəfinin nə qədər təzminat tələb etdiyi bildirilmir” deyə məqalədə bildirilib.

İltifat, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO