İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella ilə görüşüb - FOTO

İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella ilə görüşüb - FOTO

Hazırda oxunan: İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella ilə görüşüb - FOTO

91575

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 1-də İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə görüşü olub.

Bizim.Media xəbər verir ki, Romanın Kuirinale Sarayında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İtaliya Prezidenti Sercio Mattarella dövlətimizin başçısı İlham Əliyevi qarşılayıb.

Azərbaycan nümayəndə heyəti İtaliya Prezidentinə, İtaliya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim edilib.

Sonra birgə foto çəkdirilib.

Azərbaycan Prezidenti İlham Əliyevi salamlayan İtaliya Prezidenti Sercio Mattarella görüşdən məmnunluq duyduğunu bildirib: 

“Cənab Prezident, Sizi burada - İtaliyada, Romada, Kuirinale Sarayında qəbul etməkdən şəxsən iftixar hissi duyuram. Xoş gəlmisiniz. 
Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin 30 illiyini qeyd edirik. Bu səhər Siz Azərbaycan səfirliyinin yeni binasını açdınız. Bu, İtaliya ilə Azərbaycan arasında dostluq əlaqələrinin mühüm nümunəsidir. 

Əlaqələrimizin strateji əhəmiyyətindən xəbər verən 2020-ci ildəki səfərdən sonra Sizi burada Kuirinale Sarayında yenidən qəbul etməkdən çox məmnunam və şərəf hissi duyuram. Bir daha xoş gəlmisiniz, cənab Prezident». 

Azərbaycan Prezidenti İlham Əliyev də qonaqpərvərliyə görə İtaliya Prezidentinə təşəkkür edib. 

«Cənab Prezident, dəvətə və qonaqpərvərliyə görə Sizə minnətdaram. Mən son səfərimi də xatırlayıram və əldə edilmiş bütün razılaşmalar həyatda öz əksini tapır. 
Biz keçən dəfə Sizinlə burada görüşəndə strateji tərəfdaşlığa dair mühüm sənəd imzalamışıq. Eyni zamanda, Azərbaycan-İtaliya Universitetinin yaradılması haqqında söhbət etmişik. Bu gün isə İtaliya-Azərbaycan Universitetinin yaradılması istiqamətində önəmli addım atıldı». 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO