AZAL Bakı-İstanbul reysinə baqajsız bilet satmağa başladı

AZAL Bakı-İstanbul reysinə baqajsız bilet satmağa başladı

Hazırda oxunan: AZAL Bakı-İstanbul reysinə baqajsız bilet satmağa başladı

91540

"Azərbaycan Hava Yolları" QSC (AZAL) pilot layihə çərçivəsində Bakıdan Türkiyənin İstanbul şəhərinə və əks istiqamətdə həyata keçirdiyi reyslərə baqajsız bilet satmağa başlayıb. 

Bizim.Media bu barədə aviaşirkətə istinadən xəbər verir. 

Məlumata görə, onlayn aviabilet bron edənlər daha sərfəli “Economy Lite” tarifini seçə bilərlər.

Bura yalnız əl yükü (çəkisi 10 kq və ölçüləri 55x40x23 sm qədər) daxildir.

Əgər baqaj lazım olsa, sərnişin onu onlayn “Rezervasiyanın idarə edilməsi” bölməsində, 24 saat xidmət göstərən çağrı mərkəzi ilə əlaqə saxlayaraq və yaxud birbaşa hava limanında qeydiyyat masasından əldə edə bilər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO