Azərbaycanın iki boksçusu Qazaxıstanın Aktau şəhərində keçirilən beynəlxalq turnirdə yarımfinala yüksəlib.
Bizim.Media xəbər verir ki, yığma üzvlərindən Ruslan Qədirov (54 kq) və Rauf Rəhimov (92 kq) 1/4 final döyüşünü qələbə ilə başa vurublar.
Qədirov Samat Jetibayevi (Qazaxıstan) 3:1 (30:26, 28:28, 29:27, 27:29, 30:26) hesabı ilə məğlub edib. O, finala gedən yolda qazaxıstanlı Timur Kabdeşovla üz-üzə gələcək.
Rəhimov isə Adilet Dosimbekovu (Qazaxıstan) mübarizədən kənarlaşdırıb. Boksçumuz döyüşü 5:0 (29:28, 29:27, 30:27, 29:28, 30:27) hesabı ilə aktivinə yazıb. Rauf növbəti qarşılaşmasında özbəkistanlı Nusratbek Tohirovla qüvvəsini sınayacaq.
Hər iki boksçu yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı da təmin edib.
Yarışın 1/4 final mərhələsində daha üç idmançımız - Rüfət Hüseynov (51 kq), Mirşərif Kazımzadə (75 kq) və Rasim Çobanlı (75 kq) - rinqə çıxacaq.
Onlar müvafiq olaraq, Foziljon Abdumuradov (Özbəkistan), İliyar Aşirov (Qazaxıstan) və Dias Moljiqitovla (Qazaxıstan) qarşılaşacaqlar.
Qeyd edək ki, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tailand, Monqolustan, Tacikistan və Qırğızıstandan 130 boksçunun qatıldığı turnirdə yarımfinal döyüşləri sentyabrın 3-də olacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
13:05 / 01.09.2022
2 boksçumuz beynəlxalq turnirdə yarımfinala vəsiqə qazandı
Hazırda oxunan: 2 boksçumuz beynəlxalq turnirdə yarımfinala vəsiqə qazandı
Hazırda oxunan: 2 boksçumuz beynəlxalq turnirdə yarımfinala vəsiqə qazandı
91518
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.