Zaur Xalq artisti Nəsibə Abdullayevanın 14 illik arxivini YAYDI - VİDEO

Zaur Xalq artisti Nəsibə Abdullayevanın 14 illik arxivini YAYDI - VİDEO

Hazırda oxunan: Zaur Xalq artisti Nəsibə Abdullayevanın 14 illik arxivini YAYDI - VİDEO

91374

Xəbər verdiyimiz kimi, Özbəkistanda yaşayan müğənni Nəsibə Abdullayeva ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə “Xalq artisti” fəxri adına layiq görülüb. 

Bizim.Media xəbər verir ki, aparıcı Zaur Baxşəliyev illər əvvəl müğənninin qatıldığı verilişdən arxiv görüntüləri paylaşaraq onu təbrik edib. 

“Özbəkistan, 2008-ci il, “Yağ kimi” buraxılışı. 14 il öncə o yalnız Özbəkistanın Xalq artisti idi. Sanki bu günü görürmüş kimi ona bu sualı verdim. Cavabı qəribə oldu... Nəsibə Abdullayeva, 14 il keçdi və indi mən sizi Azərbaycanın Xalq artisti olmağınız münasibətilə ürəkdən təbrik edirəm” deyə, Zaur yazıb. 
Diqqət çəkən məqam isə verilişdə Zaurun “Siz, Özbəkistanın Xalq artistisiniz, bəs Azərbaycanın nəyisiniz” sualına Nəsibə “Onu da Azərbaycan desin” deyə cavabı olub.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO