Erməni partiya sədri İrəvanı KTMT-dən çıxmağa çağırdı: “Əks halda Qarabağı itirəcəyik”

Erməni partiya sədri İrəvanı KTMT-dən çıxmağa çağırdı: “Əks halda Qarabağı itirəcəyik”

Hazırda oxunan: Erməni partiya sədri İrəvanı KTMT-dən çıxmağa çağırdı: “Əks halda Qarabağı itirəcəyik”

91373

“KTMT-nin üzvü olmaq Ermənistanın daha ciddi hərbi yardım almasına mane olur”.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə “Respublika” partiyasının sədri Aram Sarkisyan “Facebook” səhifəsində yazıb.

“Rusiya və Azərbaycan Qarabağın statusu məsələsini həll olunmuş hesab edir və bunu Moskvada keçirilən üçtərəfli görüşlərdən sonra, mətbuat konfranslarında açıq şəkildə bəyan edir. Hətta Putin də müsahibəsində Qarabağın Azərbaycana aid olmasını deyir.

Rusiyanın Azərbaycandakı səfiri dəvəti məmnuniyyətlə qəbul edir və Şuşaya gedir. Bu faktlar müzakirə obyekti deyil, lakin nəticə çıxarmağa imkan verir.

Həll yolu mümkün variantlarla Rusiya-Türkiyə razılaşmalarından kənara çıxmaqdır. Qərbin siyasi, hərbi və iqtisadi təsirini artırmaq üçün KTMT-dən çıxmaq lazımdır, çünki Rusiya hələ də bizə silah satmır. KTMT Ermənistanın təhlükəsizliyini təmin etmək üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir və bizə daha ciddi hərbi yardım almağımıza mane olur. Xüsusən də ABŞ və Fransanın diplomatik xidmətləri bunu açıq şəkildə bəyan edirlər.

ABŞ və Fransanın dost ölkələrə hərbi dəstəyinin göstəricilərinə baxsaq, görərik ki, KTMT-dən qurtulacağı təqdirdə Qərbin Ermənistana hərbi yardımı ildə 350-400 milyon dollara çata bilər. Söhbət modern silahların əldə edilməsindən gedir. Bura müasir müharibələrin taktika və strategiyasının tədrisini də əlavə etmək lazımdır.
Bilirəm ki, mənim təklifim risklidir, amma hər şeyi olduğu kimi saxlasaq, Qarabağı itirəcəyik, Rusiya xəritələri ilə Ermənistanın sərhədləri bizim ziyanımıza yenidən cızılacaq və ölkəmizin suverenliyinə son qoyulacaq”, - Ermənistan siyasi partiyasının lideri bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO