Azərbaycana qarşı soyqırım və qətliamlar Türkiyənin ən reytinqli kanalının GÜNDƏMİNDƏ – FOTO/VİDEO 

Azərbaycana qarşı soyqırım və qətliamlar Türkiyənin ən reytinqli kanalının GÜNDƏMİNDƏ – FOTO/VİDEO 

Hazırda oxunan: Azərbaycana qarşı soyqırım və qətliamlar Türkiyənin ən reytinqli kanalının GÜNDƏMİNDƏ – FOTO/VİDEO 

91353

Türkiyənin tanınmış Ulusal Kanal televiziyasında həftəlik olaraq yayımlanan "Azərbaycan Gündəmi" verilişində yeni rubrika start götürüb.  

Bizim.Media xəbər verir ki, araşdırmacı Kader Alkanın müəllifiyi ilə təqdim edilən bu rubrikada Azərbaycan xalqına və dövlətinə qarşı işlənmiş soyqırımlar, qətliamlar və qırğınlar barədə danışılır.  

Xocalı soyqırımı, Ballıqaya faciəsi, Bağanis Ayrım qətliamı, Ağdaban faciəsi və xalqımızın başına gətirilən digər tarixi faciələr barədə danışılan proqramda Ermənistanın törətdiyi hərbi cinayətlər faktlar və sübutlarla təqdim olunur. Həmçinin, Azərbaycan Hərbi Prokurorluğu tərəfindən aparılan cinayət işlərinin təfərrüatları geniş ictimaiyyətə təqdim olunur.

Tarixi faktlar, cinayət işinin materialları, şahid ifadələri və hadisəni əks etdirən foto-video materialların da təqdim edildiyi proqramda Birinci Qarabağ Müharibəsindən bugünə qədər Ermənistanın törətdiyi hərbi cinayətlər açıq-aşkar şəkildə qardaş ölkə izləyicilərinə təqdim olunur. 84 milyonluq Türkiyə auditoriyasının marağına səbəb olan bu proqramın davamlı olaraq yayımlanacağı planlaşdırılır.
Sosial şəbəkələrdə və internat platformasında böyük marağa səbəb olan bu proqramla bağlı dövlət rəsmiləri, sənət adamları, ictimai fəallar və tanınmış blogerlər də paylaşımlar edir və Azərbaycan həqiqətlərinin yayılması istiqamətində atılmış uğurlu addım kimi qiymətləndirirlər.  

Xüsusən də, Respublika Hərbi Prokurorluğu tərəfindən yaradılan Soyqırım Muzeyi həm Azərbaycan, həm də Türkiyə ictimaiyyəti tərəfindən geniş marağa səbəb olub.  

Azərbaycan Baş prokurorunun müavini, Respublikanın Hərbi prokuroru, general-leytenant Xanlar Vəliyevin təşəbbüsü ilə yaradılan bu muzeydə Azərbaycan xalqına qarşı törədilmiş soyqırım və qətliamları əks etdirən tarixi-hüquqi sənədlər və faktlar sərgilənir. Soyqırım Muzeyi ziyarətçilər tərəfindən də maraqla qarşılanmaqdadır. 

Bizim.Media
 


 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO