ABŞ Azərbaycan və Ermənistanı hərtərəfli sülh sazişinin imzalanması üçün diplomatik əməkdaşlığı aktivləşdirməyə çağırıb.
Bizim.Media xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel keçirdiyi brifinqdə deyib.
“Əvvəlcə dediyimizi təsdiq edə bilərəm: Birləşmiş Ştatlar Cənubi Qafqazda təhlükəsiz, sabit, demokratik və dinc gələcəyin qurulmasını stimullaşdırmağa hazırdır. Biz Ermənistan və Azərbaycanı diplomatik qarşılıqlı fəaliyyəti aktivləşdirməyə və hərtərəfli sülh sazişinin imzalanmasına nail olmağa çağırırıq”, - Patel bildirib.
Xatırladaq ki, avqustun 31-də Azərbaycan prezidenti İlham Əliyevin Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü planlaşdırılır.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:49 / 31.08.2022
Vaşinqtondan Bakı və İrəvana sülh razılaşmasına ÇAĞIRIŞ
Hazırda oxunan: Vaşinqtondan Bakı və İrəvana sülh razılaşmasına ÇAĞIRIŞ
Hazırda oxunan: Vaşinqtondan Bakı və İrəvana sülh razılaşmasına ÇAĞIRIŞ
91288
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.