Bərdədə zorakılığa məruz qalan məktəbli ilə bağlı RƏSMİ AÇIQLAMA

Bərdədə zorakılığa məruz qalan məktəbli ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Bərdədə zorakılığa məruz qalan məktəbli ilə bağlı RƏSMİ AÇIQLAMA

91193

Bərdə rayonunda cinsi zorakılığa məruz qalan yetkinlik yaşına çatmayan yeniyetmə və anası ilə psixoloji söhbət aparılıb.

Bu barədə Bizim.Media-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Bərdədə məktəbli qıza zorakılıq edən şəxsin atasının dükanına basqın edildi – VİDEO  


Qeyd olunub ki, zorakılıq faktı ilə bağlı Dövlət Komitəsi aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində müvafiq tədbirlər həyata keçirir.

Bu məqsədlə Komitənin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin, həmçinin Bərdə Qadın Resurs Mərkəzinin əməkdaşları tərəfindən ailəyə səfərlər edilib. Bu gün isə azyaşlı və anası Bərdə Qadın Resurs Mərkəzinə dəvət olunub, onlarla psixoloji söhbət aparılıb.

Qeyd edək ki, azyaşlı psixo-sosial dəstək işinə cəlb edilib.
 

Xatırladaq ki, artıq yeniyetmə qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib onun videosunu çəkib yayan 4 nəfər müəyyən edilərək saxlanılıb.

Onların barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO