Lotu Qulinin qardaşı saxlanıldı

Lotu Qulinin qardaşı saxlanıldı

Hazırda oxunan: Lotu Qulinin qardaşı saxlanıldı

91148

2021-ci ilin aprelində Moskva fitnes klubunda güllələnən qanuni oğru Alik Rıjının (Əli Heydərov) qətlində şübhəli bilinən şəxslər saxlanılıb.

Bizim.Media “REN TV”yə istinadən xəbər verir ki, kriminal avtoritetin qətlini törətməkdə şübhəli bilinən Rövşən Abbasov və Namiq Səlifov saxlanılıb.

Vəziyyətlə tanış olan mənbə qeyd edib ki, Səlifov paytaxtda və Moskva vilayətində ticarət obyektlərində onun təsir dairəsinə təhlükə yarada bilən Heydərovu dərhal öldürmək qərarına gəlib.

Qətli Mətləb Sultanov törədib. Ona bu əməli həyata keçirmək üçün saxta pasport və silah verilib.

Xatırladaq ki, 12 aprel 2021-ci ildə Alik Rıjı Aviasiya küçəsindəki fitnes klubunda güllələnib. O, qaçış zolağında qaçarkən qatil ona atəş açıb. Faktla bağlı Rusiya İstintaq Komitəsi cinayət işi açıb.

Qanuni oğrunun ölümü 2020-ci ilin avqustunda daha bir nüfuzlu qanuni oğru, daha çox Lotu Quli kimi tanınan Nadir Səlifovun Türkiyədə otel otağında güllələnməsi ilə birbaşa bağlı ola bilər. 
Onunla Rıjı arasında münaqişə uzun illər əvvəl başlayıb. Quli guya Rıjını öldürmək üçün iki qatil tutub. Həmin şəxslər isə sonradan ələ keçib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO